Azərbaycan
xalqına qarşı törədilən ən dəhşətli soyqırımı aktı olan
Xocalı faciəsinin 21-ci ildönümü "Tərəqqi"
texniki-humanitar liseyində qeyd olundu.
20-25 fevral tarixlərində məktəbdə Xocalı faciəsi
qurbanlarının xatirəsini yad etmək məqsədilə silsilə
tədbirlər keçirildi. Məktəbin dəhlizində xatirə guşəsi
yaradılmışdır. Buradakı divar qəzetlərində,
referatlarda, inşalarda və rəsmlərdə bu faciənin
dəhşətləri şagirdlərin gözü ilə ürəkağrısı ilə təsvir
olunmuşdur.
Faciənin dəhşətlərini şagirdlərə anlatmaq məqsədilə
siniflərdə diskussiyalar, sinif saatları keçirilmişdir.
Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmək
məqsədi ilə liseydə xatirə gecəsi keçirildi.
Anım tədbirini giriş sözü ilə açan məktəbin direktoru
Məhbubə Məmmədova 1992-ci il fevralın 25-dən 26-na keçən
gecənin dəhşətlərindən, ermənilərin Xocalı sakinlərinə
qarşı törətdikləri vəhşiliklərdən, o vaxtkı hakimiyyətin
biganəliyindən danışdı. O, öz çıxışında artıq yenilməz
bir ordumuz olduğunu fəxrlə vurğuladı və şagirdləri
daima vətənpərvər olmağa, başlarını dik tutmağa çağırdı.
Daha sonra XX əsrin dəhşətli faciəsi - Xocalı
soyqırımına həsr olunmuş slayd təqdim olundu. Slaydda
Xocalının qanlı tarixi səslənməklə yanaşı, həmçinin
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın
təşəbbüsü ilə yaradılan "Xocalıya ədalət" beynəlxalq
kampaniyasının bu soyqırımının dünya miqyasında
tanınması və anılması üçün gördüyü işlər də öz əksini
tapmışdı.
Məktəbin V-XI sinif şagirdləri Xocalı faciəsinə həsr
olunmuş şeirlər söylədilər, VIII sinif şagirdlərindən
Lalə Süleymanova, Fatimə Məsimli, Əşrəf Zeynalov və b.
iştirakı ilə kompozisiyalar təqdim olundu.
Sonda şagirdlər Xocalı faciəsinin dünya miqyasında
tanınması üçün B.Obama administrasiyasının We the reorle
your voice in our govermant saytında keçirilən səsvermə
kampaniyasına qoşulub, öz səslərini göndərdilər.
Y.ƏLİYEV |