Təhsil
naziri Misir Mərdanov Azərbaycanla Koreya arasında
mövcud olan əlaqələrdən və birgə əməkdaşlıq çərçivəsində
təhsil sahəsi üzrə həyata keçirilən layihələrdən söz
açıb. İki ölkə arasında təhsil sahəsində əməkdaşlıq üzrə
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin gördüyü
işlərin əhəmiyyətinə toxunan Misir Mərdanov mövcud
əlaqələrin daha da inkişaf etdiriləcəyinə əminliyini
ifadə edib.
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan
ofisinin rezident nümayəndəsi Kim Eun-Suk səmimi qəbula
görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib.
KOICA-nın reallaşdırdığı layihələrin nəticələrindən bəhs
edən qonaq təhsil sahəsində əməkdaşlığın inkişaf
etdirilməsi üçün yeni layihələrin reallaşdırılmasının
önəmli olduğunu vurğulayıb. Kim Eun-Suk bu baxımdan
"Müəllimlərin distant əlavə təhsili" və "Azərbaycan
təhsil sistemində elektron sənəd dövriyyəsi"
layihələrinin əhəmiyyətinə diqqət çəkib, müvafiq
istiqamətdə qarşılıqlı müzakirələrin aparılmasının
zəruriliyini nəzərə çatdırıb.
Misir Mərdanov "Müəllimlərin distant əlavə təhsili" və
"Azərbaycan təhsil sistemində elektron sənəd dövriyyəsi"
layihələrinin həyata keçirilməsi istiqamətində
əməkdaşlığın genişləndirilməsində Təhsil Nazirliyinin
maraqlı olduğunu bildirib. Müasir müəllimdən yüksək
hazırlıq və mütərəqqi yeniliklər barədə məlumatlı
olmağın tələb edildiyini bildirən nazir bu baxımdan
müəllimlərin distant əlavə təhsilinin tətbiqi
məsələsinin əhəmiyyətli nəticələr verəcəyinə ümidvar
olduğunu vurğulayıb.
Görüşdə daha sonra qarşılıqlı maraq doğuran bir sıra
digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |