Xocalı RTŞ-dən aldığımız məlumatda bildirilir ki, 18-20
fevral tarixlərindəTəhsil Nazirliyinin nümayəndələri
tərəfindən Naftalan şəhərində keçirilən müşavirədə
Xocalı Rayon Təhsil Şöbəsinin tabeliyində olan 12,
Goranboy rayonu ərazisində yerləşən 5 tam orta məktəbin
direktorları və Xocalı Rayon Təhsil Şöbəsinin işçiləri
iştirak etmişlər. Müşavirədə məktəbdaxili
qiymətləndirmə, formativ qiymətləndirmə jurnalının
işlənmə qaydaları və məktəbli kitabçasının işlənməsi
barədə iştirakçılara geniş məlumat verilmişdir. Bununla
əlaqədar qarşıya çıxan çətinliklərə də aydınlıq
gətirilmişdir.
Müşavirənin ikinci günü məktəb direktorlarına rəhbərlik
etdikləri pedaqoji kollektivlərə məktəbdaxili
qiymətləndirmənin aparılması qaydaları barədə məlumat
verilmişdir. Müşavirənin üçüncü günü məktəb direktorları
ilə birlikdə Xocalı RTŞ-nin işçiləri təhsil
müəssisələrində apardıqları işlərdən söz açmışlar. Çıxış
edənlər bu müşavirənin keçirilməsinin vacib və
əhəmiyyətli olduğunu bildirmişlər. Məktəb kollektivi ilə
aparılan maarifləndirmə işinin nəticələrini və
tövsiyələrini direktorlar müşavirədə səsləndirmişlər. |