Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 mart 2013 - №8

 

Moskva Dövlət Linqvistika Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində ilk "açıq dərs"

 

Moskva Dövlət Linqvistika Universitetinin (MDLU) nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində universitetin jurnalistika fakültəsinin birinci kurs tələbələri üçün Azərbaycan dilinin tədrisinə başlanılmışdır.

AzərTAc xəbər verir ki, Mərkəzin direktoru, Bakı Slavyan Universitetinin professoru, filologiya elmləri doktoru Bella Musayeva ilk dərs günündə tələbələrə Azərbaycan tarixi, mədəniyyəti, adət-ənənələri barədə ətraflı məlumat vermişdir. İlk açıq Azərbaycan dili dərsinə Moskvada nəşr edilən "Vlast" jurnalının redaktoru Azər Mürsəliyev, Azərbaycan və rus dillərində çıxan "Prizma sçastya" jurnalının baş redaktoru Rəşid Mədətzadə, MDLU-nun əməkdaşları dəvət olunmuşdular. Qonaqlar ilk dərs günü münasibəti ilə tələbələri təbrik edərək onlara uğurlar arzulamışlar. Qeyd olunmuşdur ki, müxtəlif millətlərin nümayəndələrinin bu mərkəzdə Azərbaycan dilini öyrənməsi xalqlar arasında dostluğun inkişafına xidmət edir. Dərsin sonunda Azərbaycan-ingilis dilləri qrupunun hazırladığı "Biz səni sevirik, Azərbaycan!" filmi nümayiş etdirilmişdir.

 Tədris dövründə mərkəzdə tələbələr Azərbaycan dilini öyrənəcək, Azərbaycan və rus dillərində tərcümə sənətinin incəliklərinə yiyələnəcəklər.

 Moskva Dövlət Linqvistika Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi Bakı Slavyan Universitetinin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə 2009-cu ildə açılmışdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov