1. Ümumtəhsil və ilk peşə-ixtisas təhsili
müəssisələrinin şagirdləri arasında 28 may - Respublika
gününə həsr olunmuş vətənpərvərlik mövzusunda ifa üzrə
respublika müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi, təşkilat komitəsinin və
münsiflər heyətlərinin tərkibləri təsdiq olunsun.
3. Naxçıvan Muxtar Respublikasının təhsil naziri, Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil
İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin müdirləri və
ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri,
nazirliyin birbaşa tabeliyində olan təhsil
müəssisələrinin rəhbərləri müsabiqənin yerlərdə
keçirilməsini təşkil etsinlər.
4. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi
(A.İbrahimov) müsabiqənin yüksək səviyyədə təşkili və
keçirilməsini təmin etsin.
5. Müsabiqənin respublika mərhələsinin keçirilməsi ilə
bağlı xərclərin ödənilməsi T.İsmayılov adına
Uşaq-Gənclər Yaradıcılıq Sarayının 2013-cü ilə təsdiq
olunmuş xərclər smetasının müvafiq xərc maddələrində
nəzərdə tutulmuş vəsait hesabına müəyyən edilmiş qaydada
həyata keçirilsin.
6. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin Respublika
mərhələsinin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi
məqsədilə T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq
Sarayının 2013-cü ilə təsdiq olunmuş xərclər smetasında
müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin.
7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin
"Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və
əlavələrlə birlikdə nazirliyin İnternet səhifəsində
yerləşdirilməsini təmin etsin.
8. Ümumi şöbə (X.Fərəcov) əmr və əsasnamənin çoxaldılıb
yerlərə göndərilməsini təmin etsin.
9. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova
həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
25 fevral 2013-cü il |