| 
						
						2013-cü ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin 
						banilərindən biri, Azərbaycan Xalq Cümhuriyyəti 
						Parlamentinin sədri Əlimərdan bəy Ələkbər bəy oğlu 
						Topçubaşovun anadan olmasının 150 illiyi tamam olur.
						 
						
						Şərq mədəniyyətinin xüsusiyyətlərini və Avropanın 
						demokratik dəyərlərini üzvi şəkildə birləşdirməklə 
						xalqımızın tarixi nailiyyəti kimi meydana çıxmış 
						Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkül tapmasında, 
						onun beynəlxalq aləmin subyekti olaraq dünya dövlətləri 
						tərəfindən tanınması və diplomatik münasibətlərinin 
						qurulmasında böyük xidmətlər göstərmiş görkəmli 
						ictimai-siyasi xadim Əlimərdan bəy Topçubaşovun 150 
						illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə, 
						Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 
						maddəsinin 32-ci bəndini rəhbər tutaraq 
						
						  
						
						
						QƏRARA ALIRAM:  
						
						1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 
						Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan 
						Respublikasının Təhsil Nazirliyi və digər aidiyyəti 
						qurumlarla birlikdə Əlimərdan bəy Topçubaşovun 150 illik 
						yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb 
						həyata keçirsin. 
						
						2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu 
						sərəncamdan irəli gələn məsələləri həll etsin.  
						
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 25 fevral 2013-cü il
 |