Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Fevral 2013 - №7

 

BSU Məktəb-Lisey Kompleksində Ana Dili Günü

 

BSU Məktəb-Lisey Kompleksində artıq çoxdandır ki, fənn həftələrinin keçirilməsi ənənə şəklini almışdır. 21 fevral - Beynəlxalq Ana Dili Günü kompleksdə xüsusi canlanma var idi: Azərbaycan dili və ədəbiyyat fənn həftəsi daxilində Ana dili Gününə həsr olunmuş tədbir keçirilirdi. Məktəbin direktoru, professor Telman Cəfərov tədbiri açaraq Azərbaycan dilinin qədimliyi və zənginliyi haqqında məlumat verdi. Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Akif Məmmədov Ana Dili Gününün yaranması tarixi haqqında danışdı. Sonra söz Kompleksin şagirdlərinə verildi. Onlar ana dili haqqında şeirlər səsləndirdilər. B.Vahabzadənin, T.Bayramın və b. şeirləri, Azərbaycan dilinə aid poetik nümunələr, ana dilini vəsf edən musiqi nömrələri tamaşaçıların - şagirdlərin, müəllim və valideynlərin ruhunu oxşadı. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov