Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Fevral 2013 - №7

 

"Azərbaycan tarixi" fənn aylığının  yekun konfransı

 

Fevralın 19-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə   Azərbaycan tarixi fənn aylığının yekun konfransı  keçirildi. Konfransda  BŞTİ-nin, AMEA-nın, ali məktəblərin nümayəndələri, millət vəkilləri  və digər   qonaqlar  iştirak edirdilər.

Dövlət himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, respublikanın əməkdar  müəllimi  Nailə Rzaquliyeva  açaraq bildirdi ki, paytaxtın ümumtəhsil məktəblərində  indiyə kimi  maraqlı silsilə tədbirlər keçirilmişdir. "Tariximiz-dünənimiz, bugünümüz və gələcəyimizdir" adlı  Azərbaycan tarixi fənn aylığının yekununa dair konfrans  da belə tədbirlərdən biridir.

N.Rzaquliyeva qeyd etdi ki, Azərbaycan tarixinin şanlı  səhifələrini bir daha vərəqləmək, tarixin qaranlıq səhifələrinə  işıq salmaq, gənclərdə vətənpərvərlik, dövlətə sədaqət ruhu formalaşdırmaq baxımından keçirilən bu cür tədbirlər böyük əhəmiyyətə malikdir. Dörd nominasiya üzrə keçirilən müsabiqədə  500 "açıq dərs" dinlənilib, 1200-dən artıq müəllim və şagirdin yaradıcı işi, referat və metodiki işi təhlil olunub və  300 metodiki guşəyə baxış keçirilib.

Müsabiqənin yekunundan   söz açan N.Rzaquliyeva  çıxışının sonunda  qalibləri təbrik etdi.

Tədbirdə  müsabiqənin qalibi olan  ayrı-ayrı məktəblərin müəllimləri ilə yanaşı, həm də  şagirdlərə  I, II. III dərəcəli diplom,   nominasiyalar üzrə   fəallığı ilə seçilən iştirakçılara isə  həvəsləndirici diplom və hədiyyələr təqdim edildi.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı Ziyad Səmədzadə, AMEA-nın vitse-prezidenti Nailə Vəlixanlı,  Təhsil Problemləri İnstitutunun direktoru, professor Abdulla Mehrabov və başqaları fənn aylığına həsr olunmuş  bu tədbiri yüksək qiymətləndirərək bilik yarışmasında qalib çıxanları təbrik etdilər.

Sonda istedadlı şagirdlərin  ifasında musiqili ədəbi- bədii kompozisiya  nümayiş etdirildi.  

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov