Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsinin
italyan dili ixtisasının III kursunda təhsil alan iki
tələbəsi - Nailə Məmmədova və Abbas Nəcəfov hazırda
Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində Milan
Tərcüməçilik İnstitutunda təcrübə keçirlər. Onlar
indiyədək əldə etdikləri nəzəri bilikləri tətbiq etmək
üçün universitet tərəfindən İtaliyaya göndəriliblər.
Tələbələr bu ilin fevral ayından may ayınadək Milan
Tərcüməçilik İnstitutunda tərcümə sahəsində təcrübə
toplayıb, tərcümənin dərinliklərini, metodikasını, yeni
üsullarını mənimsəyəcəklər.
Tələbələr artıq Milan Tərcüməçilik İnstitutunda ilk
dərslərini izləyiblər. Azərbaycanlı tələbələr haqqında
İtaliyanın Milan Tərcüməçilik İnstitutunun rəsmi
İnternet saytlarında da məlumatlar yerləşdirilib.
Xatırladaq ki, Milan Tərcüməçilik İnstitutu tərcümə
sahəsində peşəkar mütəxəssislər hazırlayan qabaqcıl
təhsil müəssisəsidir. ADU ilə sözügedən institut Avropa
Birliyinin TEMPUS proqramı çərçivəsində həyata keçirilən
bir sıra layihələrdə tərəfdaş olublar.
ADU-nun Mətbuat xidməti |