Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasında (DİA) "Azərbaycanda dövlət-din
münasibətləri" istiqaməti üzrə qısamüddətli
ixtisasartırma kursu keçirilmişdir.
Dövlət İdarəçilik Akademiyasından AzərTAc-a bildirmişlər
ki, kursun əsas məqsədi Azərbaycan Respublikasında
dövlət-din siyasəti və prioritet istiqamətlər,
Azərbaycanda mövcud dini durum: problemlər və
perspektivlər, Azərbaycanda dövlət-din münasibətlərinin
qanunvericilik bazası və s. problemlərlə bağlı
biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir
mübadiləsinin aparılması idi.
Kurs ərzində Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Nazirlər
Kabineti Aparatının şöbə müdiri İsmayıl Sadıqov və
digərləri müxtəlif mövzularda mühazirələrlə çıxış
etmişlər.
DİA-da kurs üzrə dinləyicilərin buraxılış mərasimi
keçirilmişdir. Akademiyanın tədris işləri üzrə birinci
prorektoru, professor Əlikram Abdullayev kursun sonunda
dinləyicilər qarşısında çıxış etmiş, onlara kursu
müvəffəqiyyətlə bitirdiklərinə görə sertifikatlar təqdim
edərək gələcək işlərində uğurlar arzulamışdır. |