Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Fevral 2013 - №7

 

"IDEA üçün ideyalar" layihə müsabiqəsi

 

IDEA (İnternational Dialogue for Environmental Action) - Ətraf Mühitin qorunması üzrə Beynəlxalq Dialoq Kampaniyası və "PwC Azərbaycan" "PwC" tərəfindən 2012-ci il oktyabr ayında başladılmış "İstedadlar klubu" layihəsi ilə əməkdaşlıq çərçivəsində növbəti təşəbbüsün təqdimatını keçirmişlər.

IDEA Kampaniyasından AzərTAc-a bildirmişlər ki, "PwC"nin "İstedadlar klubu" Azərbaycanın tələbələri üçün nəzərdə tutulan və gələcəkdə karyera həyatında zəruri olan biznes biliklərini təmin etməyə yönələn bir proqramdır. "PwC"nin "İstedadlar klubu"nun üzvləri Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin tələbələridirlər. Tələbələr minlərlə gənc arasında bir neçə müsabiqə mərhələlərindən uğurla keçərək layihədə iştirak etmək üçün seçilmişlər.   Hazırda layihə çərçivəsində bu tələbələrin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi məqsədilə onlara müntəzəm olaraq "Biznes yazışma", "Korporativ maliyyə", "Ünsiyyət bacarıqları, "Aparıcı araşdırma üsulları", "Komanda işi", "İctimaiyyətlə əlaqələr strategiyası", "Layihələrin idarə edilməsi" və s. mövzularda müxtəlif məşğələ-təlimlər keçirilir.

Layihənin başlandığı gündən IDEA Kampaniyası tələbələrin ətraf mühit istiqamətində də inkişafı üçün öz töhfəsini verməkdədir. Belə təşəbbüslərdən biri "IDEA üçün ideyalar" adlı layihə daxilində müsabiqənin keçirilməsi olmuşdur.   Tələbələr üç qrup halında Azərbaycan Respublikasında ətraf mühit məsələləri haqqında ictimaiyyətin məlumatlılıq səviyyəsinin artırılması üçün onlayn keçirilə biləcək layihə təkliflərini təqdimat şəklində IDEA Kampaniyasının Resurs Mərkəzində keçirilən daxili müsabiqəyə təqdim etmişlər.

Münsiflər heyəti tərəfindən müxtəlif peşəkar meyarlar əsasında qiymətləndirilən təqdimatlardan birinci yeri qazanan layihə təklifi IDEA Kampaniyası və "PwC Azərbaycan"ın dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulur.

2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA (İnternational Dialogue for Environmental Action) - Ətraf Mühitin qorunması üzrə Beynəlxalq Dialoq Kampaniyası həmin vaxtdan bu günədək bir çox nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq etməklə yanaşı, qlobal ekoloji şəbəkənin yaradılmasına da öz töhfəsini verməkdədir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov