Azərbaycan Mədəniyyətinin İnkişaf və Dirçəliş Fondunun
(AMİDF) təşkilatçılığı ilə Moskvanın nüfuzlu ali təhsil
müəssisələrindən olan Rusiya Xalqlar Dostluğu
Universitetində (RXDU) azərbaycanlı əlaçı tələbələrin
qurultayı keçirilmişdir.
AzərTAc xəbər verir ki, qurultayda AMİDF-nin təqaüdünə
iddiaçı olan 40-dək tələbə iştirak etmişdir. Tədbiri
RXDU-nun Azərbaycan Həmyerlilər Birliyinin prezidenti
Binnət Binnətov açmışdır. Moskvanın müxtəlif ali təhsil
müəssisələri tələbələrini maraqlandıran suallar
cavablandırılmış, onlara fondun təqaüdünü almaq
qaydaları izah edilmişdir.
Fondun direktoru Şamil Tağıyev azərbaycanlı əlaçı
tələbələrə gələcəkdə uğurlar arzulamış, bütün
iştirakçılara təşəkkürnamə və fəxri fərmanlar təqdim
etmişdir. Hazırda Moskvada on minlərlə azərbaycanlı
gənc təhsil alır. Biliklərə yiyələnməyə səy göstərən
tələbələri dəstəkləmək olduqca vacibdir. |