Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Fevral 2013 - №7

 

RAGB-in nümayəndələri qurumun sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə növbəti xeyriyyə tədbiri keçiriblər

 

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Lipetsk vilayətindəki bölməsi qurumun sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə növbəti xeyriyyə tədbiri keçirmişdir. RAGB-in nümayəndələri bu dəfə Lipetsk şəhərindəki 2 nömrəli internat-məktəbə getmişlər.

AzərTAc xəbər verir ki, uşaqlara Heydər Əliyev Fondu adından gözəl hədiyyələr paylanmışdır. RAGB-in üzvləri məktəbin yetirmələri ilə birlikdə  mahnı oxumuş, rəqs etmişlər. Sonra uşaqlara oriqami üzrə maraqlı ustad dərsi keçirilmişdir.

Xoşbəxtlik, məhəbbət, sağlamlıq və dostluq rəmzi olan kağız durnanın hazırlanması üzrə ustad dərs böyük müvəffəqiyyətlə keçmişdir. Uşaqlar xüsusi səylə hazırladıqları durnaları dostluq əlaməti olaraq bir-birinə bağışlamışlar.

Səmimi qəbul və gözəl əhvali-ruhiyyə heç kəsi biganə qoymamışdır. Uşaqlara cansağlığı və təhsildə müvəffəqiyyətlər arzulayan RAGB-in üzvləri ümidvar olduqlarını bildirmişlər ki, bu il internat-məktəbin yetirmələri üçün uğurlu olacaqdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov