Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013-cü
il tarixli, 2663 nömrəli Sərəncamının icrasını təmin
etmək məqsədilə
ƏMR EDİRƏM:
1. Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, parlaq
bədii istedada malik söz sənətkarı Məhsəti Gəncəvinin
yaradıcılığının 900 illik yubileyinin keçirilməsinə dair
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər
Planı təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan Muxtar Respublikasının təhsil naziri, eləcə
də Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil
İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin müdirləri,
ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili
müəssisələrinin rəhbərləri Tədbirlər Planının icrasını
təmin etsinlər.
3. Müəssisələrin rəhbərlərinə Tədbirlər Planının
icrasının təmin edilməsi və görülmüş işlər haqqında
məlumatın 30 aprel 2013-cü il tarixinə qədər Təhsil
Nazirliyinə təqdim edilməsi tapşırılsın.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin və
Tədbirlər Planının "Azərbaycan müəllimi" qəzetində dərc
olunmasını və Təhsil Nazirliyinin İnternet səhifəsində
yerləşdirilməsini təmin etsin.
5. Ümumi şöbə (X.Fərəcov) əmr və Tədbirlər Planının
çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova
həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
14 fevral 2013-cü il |