Məktəblilərin fənn olimpiadalarının yekun turunun
keçirilməsi məqsədilə
ƏMR EDİRƏM:
1. Məktəblilərin fənn olimpiadalarının yekun turu 17-18
mart 2013-cü il tarixdə Bakı şəhərində keçirilsin.
2. Olimpiadaların yekun turunun iştirakçıları 17 mart
2013-cü il tarixdə qəbul edilib aşağıdakı müəssisələrdə
yerləşdirilsinlər:
- Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi
fənləri üzrə nazirlik nəzdindəki S.C.Pişəvəri adına
humanitar fənlər gimnaziyasında - F.Yusifov küçəsi, 39,
tel: 567-22-17
- riyaziyyat, fizika və informatika fənləri üzrə
nazirlik nəzdindəki fizika-riyaziyyat və informatika
təmayüllü liseydə - S.Dadaşov küçəsi, 555-ci məhəllə,
tel: 510-76-28
- kimya və biologiya fənləri üzrə nazirlik nəzdindəki
kimya-biologiya təmayüllü liseydə - 8-ci Kilometr
qəsəbəsi, Ş.Mirzəyev küçəsi, 53, tel: 323-78-42.
3. Olimpiadaların yekun turu Azərbaycan dili və
ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya,
biologiya fənlərindən iştirakçıların yerləşdiyi
müəssisələrdə, informatika fənnindən isə BDU-da 18 mart
2013-cü il tarixdə keçirilsin.
4. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) fənn olimpiadalarının
xərclər smetasını hazırlayıb 10 gün müddətinə təsdiqə
təqdim etsin.
5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin
"Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin
etsin.
6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
15 fevral 2013-cü il |