Fevralın
9-da Bakıdakı 39 nömrəli tam orta məktəbdə
məzunlarla pedaqoji kollektivin görüşü keçirildi.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, VMA-nın
nümayəndələri, KİV əməkdaşları və digər qonaqlar
iştirak edirdilər.
Həmin gün məzunlar böyük sevinc içərisində idilər.
Çünki oxuduqları məktəblə yaxından tanış olub, çoxdan
görmədikləri sevimli müəllimləri və sinif yoldaşları
ilə görüşüb söhbət edirdilər.
Dövləti himni səsləndirildikdən sonra tədbiri giriş sözü
ilə məktəbin direktoru Tahirə Şükürova açaraq
qonaqları salamladı. O, məzunlarla görüşün şagirdlərin
tərbiyəsində önəmli rol oynamasından söz açdı.
Azərbaycan VMA-nın icraçı direktoru Təranə Şərifova
məzunlarla görüşdə iştirak etməsindən məmnun olduğunu
dedi. Bildirdi ki, bura toplaşan hər bir məzun, həm də
valideyndir. Valideyn - məktəb əlaqələrindən danışan
T.Şərifova təhsilimizin nüfuzunun qaldırılmasında
valideynlərin mühüm rol oynamasını xüsusi qeyd etdi.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Rza
Ellazov, əməkdar müəllim Adilə Hüseynəliyeva, Nərimanov
Rayon Qadınlar Şurasının sədri Sevil İsrafilova,
məktəbin adını daşıyan Milli Qəhrəman Rafiq
Nəsrəddinovun qızı Aynur Nəsrəddinova və başqaları
məktəbdə həyata keçirilən tədbirlərdən, təhsil islahatı
ilə əlaqədar görülən işlərdən və bugünkü gənc nəslin
tərbiyəsində böyük əməyi olan qabaqcıl müəllimlərin
fəaliyyətindən danışdılar.
Sonra söz məzunlara verildi. Onlar bir-birindən
fərqli maraqlı çıxışlar etdilər. Məzunlar bu görüşü
təşkil etdiyinə görə məktəb rəhbərliyinə
minnətdarlıqlarını bildirdilər.
Tədbirdə ədəbi-bədii kompozisiya göstərildi.
Şagirdlər Vətənə, məktəbə və müəllimə aid şeir söyləyib
mahnı oxudular.
Sonda məzunlar müəllimləri ilə xatirə şəkli
çəkdirdilər.
Şakir CƏFƏROV |