Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Fevral 2013 - №6

 

ADU-nun Polşa universitetləri ilə əlaqələri genişlənir

 

Fevralın 7-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mikal Labenda ilə görüşdü.

Rektor Səməd Seyidov ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində tələbələrin polyak dilinə böyük maraq göstərdiklərini və yüksək bilik və bacarıq nümayiş etdirdiklərini vurğuladı. Səməd Seyidov hazırda fakültədə ikinci xarici dil kimi polyak dilinin tədrisinin uğurla aparıldığını dedi. Rektor bununla yanaşı, tələbələrin Polşanın siyasi sistemi, tarixi və mədəniyyətini də yaxından öyrəndiklərini bildirdi.

Səfir Mikal Labenda ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsindən məmnunluğunu bildirdi. Bu istiqamətdə ADU ilə əməkdaşlığın geniş potensialının olduğunu nəzərə çatdırdı. Diplomat Polşa universitetləri və ADU arasında əməkdaşlıq perspektivlərinin genişlənməsindən razılığını ifadə etdi. Mikal Labenda polyak dilinin universitetdə tədrisinin daha da yüksəlməsində maraqlı olduqlarını vurğuladı. O, Polşa səfirliyi ilə ADU-nun əməkdaşlığından məmnunluğunu dilə gətirdi.

Sonra səfir Polşanın Sileziya Universitetindən ADU-ya göndərilən kitabları rektora təqdim etdi.

Görüşdə, həmçinin ADU-nun digər Polşa universitetləri ilə əlaqələri, regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində polyak dilinin tədrisinin genişlənməsi ətrafında fikir mübadiləsi aparıldı. 

ADU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov