Bu
günlərdə Naxçıvan Özəl Universitetinin bir qrup əməkdaşı
Azərbaycan Turizm İnstitutunda, Xəzər və Qafqaz
universitetlərində olmuş, hər üç ali təhsil ocağı ilə
əməkdaşlıq müqaviləsi imzalamışlar. Müqavilələr
universitetlərarası əməkdaşlığın inkişafında mühüm
əhəmiyyət kəsb edir.
Universitetlər arasında bağlanan əməkdaşlıq
müqavilələrində tələbə mübadiləsi proqramının həyata
keçirilməsi, uyğun ixtisaslarda mütəxəssislərin
mübadiləsi, eləcə də müxtəlif aspektli birgə
simpoziumların, konfransların, treninqlərin, kursların
təşkili və digər məsələlər öz əksini tapmışdır.
Naxçıvan Özəl Universitetinin rektoru, professor İsmayıl
Əliyev hər üç ali təhsil ocağının rektoru ilə keçirilən
görüşlərdə keyfiyyətin idarə edilməsi, 1+4 sisteminin
tətbiqi məsələlərinə toxunmuşdur. Rektor çıxışında
vurğulamışdır ki, ikili və ya ortaq diplom layihələrinin
həyata keçirilməsi sahəsində işlərin daha da
dəqiqləşdirilməsi və intensivləşdirilməsi qarşıda duran
vacib məsələlərdən biridir. Bağlanan əməkdaşlıq
müqavilələrinin uğurla həyata keçirilməsi onu deməyə
əsas verir ki, hər üç ali təhsil ocağı arasında daha
geniş əməkdaşlıq əlaqələri yaradılacaqdır.
Nuray ƏSGƏROVA,
Naxçıvan Özəl Universitetinin əməkdaşı |