Fevralın 9-da Xaçmazda ümumtəhsil məktəblərinin I-IV və
V-VIII sinif şagirdləri arasında informatika fənni üzrə
praktik bilik yarışı keçirilib. RTŞ-dan aldığımız
məlumata görə, bilik yarışı Azərbaycanda 2013-cü ilin
"İnformasiya-kommunikasiya texnologiyaları ili" elan
edilməsi və dünya şöhrətli alim Lütfi-Zadənin 92 illiyi
münasibətilə rayon təhsil şöbəsinin təşəbbüsü ilə təşkil
edilib.
Müsabiqənin əsas məqsədi məktəblilərin informatika
fənninə marağını artırmaq və bu sahədə qabiliyyəti olan
şagirdləri üzə çıxarmaq olub.
Mehman Babayev adına şəhər 1 nömrəli tam orta
məktəbdə təşkil edilmiş bilik yarışında rayonun
informatika fənni tədris olunan 30 təhsil müəssisəsindən
50 şagird iştirak edib. Müsabiqə fərdi qaydada, iki
mərhələdə keçirilib. Münsiflər heyətinin
qiymətləndirməsinə əsasən 4 nəfər I-VI, 4 nəfər də
V-VIII siniflər üzrə olmaqla 8 qalib (I-III yerlər)
müəyyənləşdirilib. Onlara diplomlar və qiymətli
hədiyyələr təqdim olunub.
Y.ƏLİYEV |