Fevralın 12-də Göyçay rayonunda Yaponiya hökumətinin "Ot
kökləri və insan təhlükəsizliyi" qrant yardımı proqramı
çərçivəsində "Yerli İdarəetməyə Yardım" İctimai Birliyi
tərəfindən həyata keçiriləcək "Göyçay rayon internat və
6 nömrəli tam orta məktəblərdə sanitar-gigiyenik
şəraitin yaxşılaşdırılması" layihəsi üzrə qrant
müqaviləsinin imzalanma mərasimi keçirilmişdir.
Göyçay RTŞ-dan aldığımız məlumata görə, mərasimdə
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri Şusuke Vatanabe, "Ot kökləri və insan
təhlükəsizliyi" qrant yardımı proqramının koordinatoru,
Yaponiyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi
Fumiya Sugiyama, YUNİSEF-in Azərbaycandakı
nümayəndəliyinin rəhbəri Mark Herevard, Göyçay Rayon
İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Göyçay
RTŞ-ın müdiri Asif Nəbiyev, "Yerli İdarəetməyə Yardım"
İctimai Birliyinin sədri Vüsal Mirzəyev və başqaları
iştirak etmişlər. Müqaviləni Yaponiyanın Azərbaycandakı
səfiri cənab Şusuke Vatanabe və "Yerli İdarəetməyə
Yardım" İctimai Birliyinin sədri Vüsal Mirzəyev
imzalamışlar. İmzalanma mərasimindən sonra iştirakçılar
şəhər 6 nömrəli tam orta və internat məktəblərində
olmuş, təklif edilən layihə ilə kollektivləri tanış
etmişlər. |