Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Fevral 2013 - №6

 

İNALCO-da Azərbaycan dili və mədəniyyətinin təqdimatı keçirilib

 

Hər il olduğu kimi, bu ilin fevral ayında da Parisin Dövlət Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda (İNALCO) Açıq Qapı günü keçirilmişdir. Tədbir Fransa ictimaiyyətini İNALCO-da tədris edilən müxtəlif xalqların dili və mədəniyyəti ilə tanış etmək məqsədini daşıyır.

Tədbirdə İNALCO-nun Azərbaycan dili müəllimi Aygün Eyyubova Azərbaycanın və Azərbaycan dilinin təqdimatını keçirmişdir.

Təqdimatda ölkəmiz, onun qədim tarixi, zəngin və çoxşaxəli mədəni irsi, sürətli iqtisadi inkişafı, Cənubi Qafqaz regionunda aparıcı dövlət olması haqqında fransızlara ətraflı məlumat verilmiş, muğam musiqisi nümunələri səsləndirilmişdir. Daha sonra A.Eyyubova iştirakçıları Azərbaycan dilinin əsas xüsusiyyətləri ilə tanış etmişdir.

Tədbirdə ölkəmizin Fransadakı səfirliyi tərəfindən təqdim edilən Azərbaycana aid kitablar və broşürlərdən ibarət sərgi nümayiş etdirilmişdir.

Açıq Qapı günü institutun prezidenti Jak Leqranın Auditorium zalında çıxışı ilə yekunlaşmışdır. Təhsil ocağının yaranma tarixindən bəhs edən Jak Leqran İNALCO-nun dünyanın ən çox dilini və mədəniyyətini tədris edən ali məktəb olduğunu və bu dillər arasında Azərbaycan dilinin xüsusi yer tutduğunu diqqətə çatdırmışdır. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov