Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Fevral 2013 - №6

 

Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri beynəlxalq olimpiadada fərqləniblər

 

Yanvarın sonlarında Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri Kiyev Slavistika Universitetində keçirilmiş ənənəvi Beynəlxalq slavistika olimpiadasında uğurla çıxış etmişlər.

Əsasən slavyan ölkələrinin məktəblilərinin qatıldıqları bu maraqlı bilik yarışması gənclərin slavyan dilləri və mədəniyyətləri, ümumdünya tarixi üzrə biliklərinin üzə çıxarılması, onların jurnalistika istiqaməti üzrə bacarıqlarının müəyyənləşdirilməsi (inşa və esse müsabiqəsi) üzrə aparılır.

Beynəlxalq olimpiadada bu təhsil müəssisəsinin 3 XI sinif şagirdi iştirak etmişdir. Onlardan Rəhilə Abdullazadə iki istiqamət üzrə (rus dili və ədəbiyyat, ümumdünya tarixi fənləri) birinci yerə layiq görülmüş, digər iki şagird isə rus dili və ədəbiyyat üzrə fərqlənmişlər. Natella Sadıqzadə birinci, Valeriya Kotelnikova isə ikinci dərəcəli diplomlara layiq görülmüşlər. Şagirdlər kompleksin tarix müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Səbinə Şahmalıyevanın rəhbərliyi altında çıxış etmişlər.  

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov