Mədəni irsimizin qorunub saxlanılmasında, inkişaf
etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında
şöhrət tapmasında Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin çox böyük və əvəzsiz xidmətləri
olmuşdur.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı
ildönümü münasibətilə ümumtəhsil və orta ixtisas təhsili
müəssisələrinin şagird və tələbələrinin musiqi
sahəsindəki istedadlarını üzə çıxarmaq və inkişaf
etdirmək məqsədilə
ƏMR EDİRƏM:
1. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90
illik yubileyi münasibətilə ümumtəhsil və orta ixtisas
təhsili müəssisələrinin şagird və tələbələri arasında
gənc ifaçıların II respublika müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi, təşkilat komitəsinin və
münsiflər heyətinin tərkibləri təsdiq olunsun (əlavə 1,
2).
3. Zona və Respublika mərhələsində qaliblərin seçilməsi
Bülbül adına Orta İxtisas Musiqi Məktəbi tərəfindən
həyata keçirilsin.
4. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin,
idarələrinin müdirləri, orta ixtisas təhsili
müəssisələrinin rəhbərləri müsabiqənin yerli və zona
mərhələsinin əsasnaməyə uyğun olaraq yüksək səviyyədə
təşkili və keçirilməsini təmin etsinlər.
5. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi
(A.İbrahimov) müsabiqənin təşkili və yüksək səviyyədə
keçirilməsi ilə bağlı lazımi təşkilati işləri həyata
keçirsin.
6. Müsabiqənin Respublika mərhələsinin keçirilməsi ilə
bağlı xərclərin ödənilməsi Bülbül adına Orta İxtisas
Musiqi Məktəbinin 2013-cü ilə təsdiq olunmuş xərclər
smetasının müvafiq xərc maddələrində nəzərdə tutulmuş
vəsait hesabına müəyyən edilmiş qaydada həyata
keçirilsin.
7. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin Respublika
mərhələsinin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi
məqsədilə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin
2013-cü ilə təsdiq olunmuş xərclər smetasında müvafiq
vəsaitin nəzərdə tutulmasını təmin etsin.
8. Müsabiqənin zona və Respublika mərhələlərinin seçim
turlarında və qaliblərin yekun konsertində iştirak
edəcək iştirakçılar və onları müşayiət edəcək şəxslərin
ezamiyyə xərcləri əsas iş yerləri hesabına ödənilsin.
9. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin
"Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və
əsasnamə ilə birlikdə nazirliyin İnternet səhifəsində
yerləşdirilməsini təmin etsin.
10. Ümumi şöbə (X.Fərəcov) əmr və əsasnamənin çoxaldılıb
yerlərə göndərilməsini təmin etsin.
11. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova
həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
12 fevral 2013-cü il |