Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Fevral 2013 - №5

 

"Sehrbaz qadın" tamaşası maraqla qarşılanıb

 

 A.Şaiq adına  Azərbaycan Dövlət  Kukla Teatrında  dünya uşaq ədəbiyyatının korifeyi, məşhur Fransa yazıçısı S.Perronun eyniadlı nağılı əsasında  Ələsgər Qurbanovun səhnələşdirdiyi "Sehrbaz qadın" adlı tamaşanın  premyerası olmuşdur. Balaca tamaşaçılar tərəfindən maraqla qarşılanan bu yeni səhnə  əsərinin quruluşunu gənc və istedadlı rejissor Anar Məmmədov vermişdir. Onu da qeyd edək ki, "Sehrbaz qadın" Mingəçevir Dövlət  Dram Teatrının aktyorlarının ifasında da tamaşaya qoyulmuşdur.

Ə.Qurbanov bir neçə orijinal və tərcümə etdiyi səhnə əsərlərinin müəllifidir. Belə ki, "Azadın qoçaqlığı" və "Kələkbaz" nağıl pyesləri Salyan Dövlət Kukla Teatrında, "Ceyranı oğurladılar və ya ayı balasının qoçaqlığı" pyesi Gəncə Dövlət Dram Teatrında göstərilmişdir. Bundan başqa onun tərcümə etdiyi məşhur gürcü dramaturqu  Otia İoselianinin "Kaş araba aşmayaydı" tragikomediyası Azərbaycan Dövlət  Akademik Milli Dram  Teatrında, görkəmli Amerika yazıçısı Con Qolsiorsinin "Birincilər və sonuncular" adlı psixoloji dramı Sumqayıt Dövlət  Musiqili Dram Teatrında tamaşaya qoyulub. "Kaş araba aşmayaydı" və "Birincilər və sonuncular" tamaşaları Türkiyədə  keçirilən beynəlxalq teatr festivalında uğur qazanmış, diplomlara, mükafatlara layiq görülmüşdür.

Müəllif bu günlərdə  Çexiya dramaturqu Karel Çarekin "Ağ xəstəlik" psixoloji dramını tərcümə etmişdir. 

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov