Bu
günlərdə Belarusun Orşa şəhərində keçirilən "Orşa 2013"
beynəlxalq şahmat festivalından Lənkəran şəhər şahmat
məktəbinin yetirmələri qələbə ilə qayıtmışlar.
Lənkəran şəhər Şahmat Məktəbinin direktoru, Azərbaycan
Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi
İdrak Dadaşovun rəhbərliyi ilə festivalda ölkəmizi
təmsil edən şahmatçılarımız ümumi hesabda 2 gümüş və 1
bürünc medal qazanmışlar. D qrupunda Şərif Məcidzadə II
yeri, C qrupunda Kənan Əhədzadə və Murad Rzayev müvafiq
olaraq II-III yerləri tutmuşlar.
Festivalda Rusiya, Belarus, Ukrayna, Moldova, Estoniya,
Latviya və Azərbaycan komandaları qələbə uğrunda
mübarizə aparmışlar. 20 komanda arasında Lənkəran şəhər
Şahmat Məktəbinin komandası 4-cü yeri tutaraq festivalda
uğurlu iştirakına görə "Orşa 2013" festivalının
"Təşəkkürnamə"sinə layiq görülmüşdür. |