Bu günlərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində
nəfəs və zərb alətləri ifaçılarının ümumşəhər festivalı
keçirilib. İstedad və bacarığına, yüksək musiqi
duyumuna güvənən musiqiçilər festivalda öz
məharətlərini nümayiş etdiriblər. Münsiflər heyətinin
qərarına əsasən 17 nəfər gənc ifaçı laureat adını
qazanıb.
Sonra "Kapellhaus" Alman-Azərbaycan Mədəniyyət
Mərkəzində laureatların konserti təqdim olunub.
Konsertdə Bakı Musiqi Akademiyası nəzdində Orta İxtisas
Musiqi məktəb-studiyasının, Bülbül adına Orta İxtisas
Musiqi Məktəbinin, G.Şaroyev adına 35, L. və
M.Rostropoviçlər adına 21 nömrəli, R.Behbudov adına 2
nömrəli, Q.Qarayev adına 8 və 24 nömrəli onbirillik
musiqi məktəblərinin şagirdləri çıxış ediblər.
Sonda Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin
direktoru, xalq artisti Teymur Göyçayev laureatları
təbrik edib və onları diplomlarla mükafatlandırıb.
Sifai SƏFƏROVA |