Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə fevralın
11-dən 15-dək "Cizgi filmləri həftəsi" keçiriləcək.
Nazirlikdən aldığımız məlumata görə, həftə ərzində
Bakının 8 tam orta məktəbində ibtidai sinif
şagirdlərinə son illər ərzində istehsal edilən
Azərbaycan cizgi filmləri nümayiş etdiriləcək.
Fevralın 15-də isə Nizami Kino Mərkəzində uşaq evləri
və internat-məktəblərin şagirdləri üçün həftənin yekun
tədbiri - "Cizgi filmləri bayramı" təşkil olunacaq.
Bayramda uşaqlar qarşısında aktyorlar, klounlar, uşaq
özfəaliyyət kollektivləri çıxış edəcək, yeni filmlər
nümayiş olunacaq. |