2012-2013-cü dərs ilində Bakıdakı 56 nömrəli tam orta
məktəbdə sinifdənxaric işlərə geniş yer verilir.
Məktəbin direktoru Hicran Qarabəyli bildirir ki,
təcrübədə dönə-dönə yəqin etmişlər ki, sinifdənxaric
tədbirlər təlim-tərbiyə işinin tərkib hissəsidir. Dərslə
sinifdənxaric işlər qarşılıqlı əlaqədə olmaqla biri
digərini tamamlayır. Bir vəhdət halında elmlərin
əsaslarının şagirdlər tərəfindən dərindən
mənimsənilməsinə, onların əqli, fiziki, estetik,
vətənpərvərlik tərbiyəsinin inkişafına xidmət edir.
Məktəbdə keçirilən maraqlı tədbirlər şagirdlərin biliyə
marağını artırır, onların bilik, bacarıq və vərdişlərini
genişləndirir.
Cari dərs ilində təhsil ocağında dərslərlə yanaşı,
sinifdənxaric işlərin yüksək səviyyədə aparılması üçün
hər cür şərait yaradılıb. Məktəbdə "Şagird
özünüidarəetmə orqanı" fəaliyyət göstərir. Belə bir
təşkilatın yaradılması da şagirdlərin tərbiyəsində
mühüm rol oynayır. Nəticədə şagirdlərdə vətənə sevgi,
milli dəyərlərimizə hörmət hissləri aşılanır.
Şakir CƏFƏROV |