2012-ci ildə ümumi təhsilin regional sisteminin
modernləşdirilməsi çərçivəsində məktəblərə 1 milyon 655
min ədəd yeni avadanlıq daxil olub. Onlardan 240 mini
kompüterdir. Məktəblilərin daşınması üçün 3,2 min
nəqliyyat vahidi əldə olunub. 3,1 min ümumtəhsil
müəssisəsinin binasında əsaslı təmir aparılıb. Nəticədə
1 milyon 21 min məktəbli təmir olunmuş məktəbdə oxumaq
imkanı qazanıb. 4,5 min məktəbdə məsafədən (distant)
təhsil təşkil olunub. 241,7 mindən çox ümumtəhsil
müəssisəsinin rəhbəri və müəllimi öz ixtisasını artırıb
ki, bu da bütün rəhbər və müəllim heyətinin 17 faizini
təşkil edir.
"Uçitelskaya qazeta"dan hazırladı: Yusif ƏLİYEV |