Fevralın
6-da Bakı Slavyan Universitetinin Məktəb-Lisey
Kompleksində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş
ədəbi gecə keçirilmişdir.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin mətbuat
xidmətindən AzərTAc-a bildirmişlər ki, 6-cı sinif
şagirdləri "Sfera" dram studiyasının bədii rəhbəri,
BSU-nun dosenti Fikriyyə Muradovanın rəhbərliyi altında
İ.A.Krılovun "Kvartet", "Demyan uxası", "Sandıqca",
"Siçan və siçovul", "Tülkü və marmot", "Qurd və quzu"
təmsillərinin motivləri əsasında tamaşa hazırlamışlar.
Rus və Azərbaycan bölmələrinin şagirdləri təmsil
personajlarının obrazlarına girərək aktyorluq
bacarıqlarını, rus dilində yaxşı danışdıqları və
materiala bələd olduqlarını nümayiş etdirmişlər.
F.Muradova bildirmişdir ki, liseyin şagirdləri Rusiya
İnformasiya və Mədəniyyət Mərkəzinin bir çox layihə və
tədbirlərində fəal iştirak edirlər.
Bu da onların rus dilini və ədəbiyyatını öyrənməyə böyük
maraq göstərdiklərinə dəlalət edir. |