Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Fevral 2013 - №5

 

İKT-dən düzgün istifadə kadr hazırlığında mühüm rol oynayır

 

Astara Pedaqoji Kollecində Respublikamızın 35-dən artıq şəhər və rayonundan olan oğlan və qızlar təhsil alır. Tələbələrin təhsilinin və məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Tələbələrin təlim və tərbiyəsi ilə 3 fəlsəfə doktoru, 3 dissertant, 100-ə yaxın yüksək ixtisaslı müəllim, pedaqoq-metodist və psixoloq məşğul olur.

Tələbələr 100 nəfərlik yataqxanadan, 200 nəfərlik akt zalından, 150 nəfərlik bufet və yeməkxanadan istifadə edirlər. Təcrübəli və gənc müəllimlərin müstəqil işləmələri, elmi və ədəbi yaradıcılıqla məşğul olmaları, rayon və respublika mətbuatında, xüsusi ilə pedaqoji mətbuatda müxtəlif mövzulu yazılarla çıxış etməsi üçün burada lazımi şərait yaradılmışdır. Kollecin müəllim və tələbələri rayon və respublika miqyaslı tədbirlərdə fəal iştirak edirlər. Kollecdə 14 ixtisas üzrə kadrlar hazırlanır.

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun "Ali və orta ixtisas təhsili müəssisələrində 2012-2013-cü tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında" 18 dekabr 2012-ci il tarixli əmrini əsas tutaraq Astara Pedaqoji Kollecinin direktoru Əlihəsən Həmzəyevin əmri ilə 2012/2013-cü tədris ilinin qış imtahan sessiyasında əyani və qiyabi şöbələr üzrə tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq və digər müvafiq tədbirləri həyata keçirmək məqsədi ilə 13 nəfərdən ibarət "İmtahan qərargahı" yaradılmışdır. "İmtahan qərargahı"nın üzvlərinə tapşırılmışdır ki, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər, sessiya zamanı obyektivliyin qorunmasına, yarana biləcək münaqişə və şikayətlərin operativ həll olunmasına nail olsunlar və vətəndaşların müraciətlərinə operativ baxılması və həmin müraciətlərin araşdırılması istiqamətində tədbirlər həyata keçirsinlər. Bununla yanaşı, kollecin direktorunun əmri ilə "Münaqişə komissiyası" da yaradılmışdır. Artıq qış imtahan sessiyası başa çatmışdır. Sessiya müddətində heç bir neqativ hadisə baş verməmiş və tələbələr layiq olduqları qiymətləri almışlar.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2013-cü il Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilmişdir.

Yeni texnologiyaların kollecdə tətbiqi ilə əlaqədar görülən tədbirlər haqqında Astara Pedaqoji Kollecinin direktoru, fəlsəfə doktoru, dosent, respublikanın əməkdar müəllimi Əlihəsən Həmzəyev məlumat verərək bildirmişdir ki, müasir pedaqoji təhsilin məqsədi informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq yeni formatlı müəllim kadrları hazırlamaqdır. Bu gün Avropa və dünya təhsil sisteminə inteqrasiya, təhsil sisteminin informasiyalaşdırılması sahəsində Dövlət Proqramı icra edilir. "Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil, müəllim hazırlığının konsepsiya və strategiyası" təsdiq edilmiş, 2008-2015-ci illər üçün bu strategiyanın icrası ilə əlaqədar müvafiq tədbirlər planı hazırlanmışdır. Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramında pedaqoji təhsilin informasiyalaşdırılması istiqamətində aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

1. Müəllim hazırlığında İKT-nin, yeni təlim üsulları və texnologiyaların təbliği.

2. Pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələrin biliyinin cari və yekun qiymətləndirilməsi zamanı yeni üsulların, texnologiyaların, İKT vasitələrinin tətbiqi.

3. Pedaqoji təhsil müəssisələrində distant təhsil formasının tətbiqi.

4. Pedaqoji təhsil müəssisələrinin kompüterləşdirilməsi, elektron təhsilin həyata keçirilməsi.

Astara Pedaqoji Kollecində bu istiqamətlərdə müəyyən işlər görülür. Kollecdə Kompüter Mərkəzi yaradılmışdır. Məqsəd pedaqoji təhsilin informasiya - təhsil məkanının formalaşması, bu əsasda pedaqoji təhsilin keyfiyyətlərinin təmin edilməsidir. Kompüter mərkəzinin illik iş planı və onun icrası üçün layihələr sistemi müəyyənləşdirilmişdir. Tələbələrin biliklərinin qiymətləndirilməsində "Elektron test sistemi" layihəsi hazırlanıb müvəffəqiyyətlə sınaqdan çıxarılıb və bu gün kollecdə uğurla tətbiq edilir.

Builki qış imtahan sessiyasında bir neçə ixtisas üzrə imtahanlar kompüterlə aparıldı. Kompüter mərkəzində İnternetə çıxışlar da var idi.

Bütün bunlar bir daha sübut edir ki, müasir təhsil sistemində tətbiq olunan yeniliklər səviyyəli kadr hazırlığında mühüm rol oynayır. Bu baxımdan Astara Pedaqoji Kollecində yeni texnologiyaların tətbiqi faydalı nəticələr verir. 

Azad ABDULLAYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov