Fevralın
1-də Bakıdakı "Buggy Bug" Uşaq Tədris Əyləncə Mərkəzində
4-12 yaşlı uşaqların əl işlərindən ibarət rəsm sərgisi
keçirildi. Sərgidə mərkəzin müəllimləri, dərnək
rəhbərləri, dərnək üzvləri, valideynlər və digər şəxslər
iştirak edirdilər. Öncə iştirakçılar dərnək üzvlərinin
əl işlərindən ibarət sərgiyə baxış keçirdilər.
Tədbirdə çıxış edən "Buggy Bug" Uşaq Tədris Əyləncə
Mərkəzinin təsisçisi və direktoru Aysu Bayramzadə
iştirakçıları salamlayaraq sərginin böyük əhəmiyyət kəsb
etdiyini və dərnək üzvlərinin bacarıq və
qabiliyyətlərinin aşkara çıxarılmasında mühüm rol
oynadığını nəzərə çatdırdı. Mərkəzin qısa müddət ərzində
fəaliyyətə başlamasına baxmayaraq yüksək nəticələr əldə
olunduğunu nəzərə çatdıran A.Bayramzadə qeyd etdi ki,
mərkəz öz işini xüsusi istedada malik uşaq və gənclərin
yaradıcılıq potensialının inkişafı istiqamətində qurur.
Tədbirdə iştitak edən valideynlər mərkəzdə yaradılan
şəraitdən məmnunluq hissi keçirdiklərini bildirdilər.
Mərkəzin işini yüksək qiymətləndirən valideynlər belə
sərgilərin keçirilməsinin faydalı olduğunu söylədilər və
mərkəzə gələcək fəaliyyətlərində uğurlar arzuladılar.
Sonda sərgidə fərqlənən dərnək üzvlərinə hədiyyələr
verildi. Xatirə şəkli çəkildi.
Niyazi RƏHİMOV |