Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Fevral 2013 - №5

 

Azərbaycanda daha bir internet televiziyasının təqdimatı olub

 

Fevralın 1-də Beynəlxalq Mətbuat Mərkəzində www.oxu.tv internet televiziyasının təqdimat mərasimi keçirilmişdir. AzərTAc xəbər verir ki, "Kaspi" Təhsil Mərkəzinin rəhbərliyinin, Milli Məclisin deputatlarının, Təhsil, Gənclər və İdman nazirliklərinin nümayəndələrinin, KİV təmsilçilərinin iştirak etdikləri tədbirdə yeni yaradılmış internet televiziyasının məqsədləri barədə ətraflı məlumat verilmişdir. 

Layihənin rəhbəri Azər Vəliyev www.oxu.tv-nin milli təhsil layihəsi olduğunu demişdir. Bildirilmişdir ki, layihənin yaradılmasına təhsil sahəsində tanınmış mütəxəssislər və pedaqoji kadrlar, eləcə də peşəkar televiziya əməkdaşları dəstək olmuşlar.

Bu layihənin bir yenilik olduğunu bildirən "Kaspi" Təhsil Şurasının sədri Sona Vəliyeva qeyd etmişdir ki, yeni internet televiziyasının maddi və akademik dəstəkçisi "Kaspi" Təhsil Mərkəzidir. O bildirmişdir ki, layihənin məqsədi Azərbaycanda orta təhsil bazasını möhkəmləndirmək, bütün orta ümumtəhsil məktəblərində yüksək səviyyəli tədris imkanlarını genişləndirmək, müəllimlər, xüsusilə də gənc pedaqoji kadrlar üçün alternativ dərslərin keçirilməsi sahəsində təcrübə toplamaq imkanı yaratmaqdır.

S.Vəliyeva demişdir: "Şagirdlər arasında musiqinin, incəsənətin, idmanın təbliği də bizim prioritetlərdən biridir. Yeni yaranmış internet televiziyası fəaliyyətini Təhsil, Gənclər və İdman nazirlikləri, müxtəlif dövlət qurumları, uşaq, gənclər və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq şəklində quracaqdır".

www.oxu.tv saytının əsas məqsədinin yüksək keyfiyyətlə hazırlanmış videodərslərin geniş tamaşaçı auditoriyası üçün yayımlanması olduğunu bildirən S.Vəliyeva qeyd etmişdir ki, bu videodərslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin tədris planına əsasən hazırlanmışdır. Onlar ölkəmizin orta ümumtəhsil məktəblərində tədris olunan I-XI siniflər üzrə bütün fənləri əhatə edir. 

Tədbirdə çıxış edən professor Yəhya Kərimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və başqaları "of line" internet televiziyası formatında qurulmuş bu təhsil portalının Azərbaycanın internet aləmində bir yenilik olduğunu bildirmişlər. Çıxış edənlər qeyd etmişlər ki, yeni internet televiziyası həm də gənc nəslin asudə vaxtının səmərəli təşkil olunmasında mühüm rol oynayacaqdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov