Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Fevral 2013 - №5

 

Xəzər Universiteti Türkiyənin daha iki universiteti ilə əlaqələr qurdu

 

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı və universitetin ictimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli yanvarın 26-dan fevralın 2-dək Türkiyədə olmuşlar.

Universitetin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Balıkəsir, Çanaqqala 18 Mart və Uludağ universitetlərinin rəhbərləri ilə keçirilən görüşlərdə H.İsaxanlı Xəzər Universitetinin fəaliyyəti, beynəlxalq əlaqələri və qazandığı uğurlardan danışmışdır.

Görüşlərdə, həmçinin, universitetlər arasında anlaşma protokolları imzalanmışdır.

Xəzər Universitetinin nümayəndələri həmçinin Balıkəsir vilayətinin, Çanaqqala və Bursa şəhərlərinin görməli yerlərini gəzmiş, bir sıra dövlət qurumlarında olmuşlar.

Səfər çərçivəsində H.İsaxanlı və Ə.Əmirbəyli Çanaqqalada yerləşən möhtəşəm "Çanakkale Destanı" xatirə kompleksində Birinci Dünya müharibəsində şəhid olmuş türk və azərbaycanlı əsgərlərin məzarlarını ziyarət etmişlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov