Fevralın
7-də Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik
Abel Məhərrəmov Neapol Şərqşünaslıq Universitetinin
prorektoru Cuseppe Çataldini və həmin ali məktəbin
professoru Mişel Bernardinini qəbul edib.
İtaliyanın elm və təhsil müəssisələri ilə əlaqələri
inkişaf etdirməyə hazır olduqlarını qeyd edən rektor
Abel Məhərrəmov qonaqlara BDU-nun yaradılması tarixi,
inkişaf mərhələləri və beynəlxalq əlaqələri barədə
məlumat verib.
Görüşün sonunda BDU və Neapol Şərqşünaslıq Universiteti
arasında Anlaşma Memorandumu imzalanıb. Sənəddə birgə
simpoziumların, seminarların və konfransların
keçirilməsi, qarşılıqlı maraq doğuran layihələrdə və
proqramlarda iştirak, tələbə və professor-müəllim
heyətinin mübadiləsi və sair məsələlər öz əksini tapıb.
Qonaqlar BDU-nun şərqşünaslıq və hüquq fakültələrində də
görüşlər keçiriblər.
BDU-nun Mətbuat və informasiya şöbəsi |