Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin
Balıkəsir
Universiteti arasında əməkdaşlığa dair anlaşma
memorandumu imzalanmışdır.
Sənəddə hər iki universitetin elmi-pedaqoji və
elmi-tədqiqat işlərinin aparılması istiqamətində birgə
fəaliyyət göstərməkdə maraqlı olduğu əksini tapmışdır.
AzTU-dan AzərTAc-a bildirmişlər ki, memoranduma əsasən
bu ali təhsil müəssisələri qarşıdakı üç il ərzində
razılaşdırılmış mövzularla bağlı birgə elmi araşdırmalar
aparacaq, təlim kursları və seminarlar keçirəcəklər.
Həmçinin, elmi əməkdaşların mübadiləsi təşkil ediləcək,
sosial məsələlərin həllinə birlikdə diqqət
yetiriləcəkdir. |