| 
						
						2013-cü ilin noyabr ayında Azərbaycan Respublikası 
						Elmlər Akademiyasının ilk prezidenti, tanınmış ictimai 
						xadim, ilk azərbaycanlı alim-cərrah, tibb elmləri 
						doktoru, professor, əməkdar elm xadimi, akademik 
						Mirəsədulla Mirələsgər oğlu Mirqasımovun anadan 
						olmasının 130 illiyi tamam olur.  
						
						Mirəsədulla Mirqasımov Azərbaycanda müasir tibb elminin 
						və ali tibb təhsilinin əsasını yaradanlardan biri olaraq 
						özünün məktəbini formalaşdırmış, respublika Elmlər 
						Akademiyasının prezidenti kimi elmin təşkili işinə 
						dəyərli töhfələr vermişdir.  
						
						Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 
						maddəsinin 32-ci bəndini rəhbər tutaraq ölkəmizdə elmin 
						inkişafında və onun nailiyyətlərinin tanıdılmasında, 
						eləcə də yüksəkixtisaslı elmi-pedaqoji kadrların 
						hazırlanmasında mühüm xidmətləri olan akademik 
						Mirəsədulla Mirqasımovun 130 illik yubileyinin 
						keçirilməsini təmin etmək məqsədi ilə 
						
						  
						
						
						QƏRARA ALIRAM:  
						
						1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan 
						Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan 
						Respublikasının Təhsil Nazirliyi ilə birlikdə akademik 
						Mirəsədulla Mirqasımovun 130 illik yubileyinə həsr 
						olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. 
						
						2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu 
						sərəncamdan irəli gələn məsələləri həll etsin.  
						
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 6 fevral 2013-cü il
 |