Respublikanın şəhər və rayonlarının yerli təhsili
idarəetmə orqanlarının rəhbərləri və ümumi təhsil
müəssisələrinin direktorları üçün "Mədəd-Azərbaycan"
təşkilatının "Ümumi təhsildə kurikulum islahatı və onun
idarə olunması" mövzusunda təlimləri davam edir.
Təhsil Problemləri İnstitutundan AzərTAc-a bildirmişlər
ki, Bərdə rayonundakı 5 və 8 nömrəli tam orta
məktəblərdə keçirilən təlimlər yanvarın 25-də başa
çatmışdır.
Təlimin sonunda iştirakçıların qiymətləndirilməsi 15
sualdan ibarət testlə müəyyən olunmuş və yüksək nəticə
göstərmiş müdavimlərə müvafiq sertifikatlar təqdim
edilmişdir. |