Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Fevral 2013 - №04

 

Təhsil sisteminin pedaqoji heyəti müvafiq təlim vəsaitləri əsasında treninqlərdən keçir

 

Təhsil Nazirliyinin  Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən aldığımız məlumatda  bildirilir ki, təhsil sisteminin pedaqoji heyəti tədris prosesində informasiya-kommunikasiya texnologiyalarından (İKT) effektiv istifadə edilməsi üçün mövcud 2 kurikulum - Rİ-SOL "Müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi" və İntel "Gələcək üçün təhsil" təlim vəsaitləri əsasında treninqlərdən keçir.

Bununla müəllimlər şəxsiyyətyönümlü, interaktiv və inteqrativ təlim metodları haqqında biliklər qazanır və texnologiyaları sinifdə gedən tədris prosesinə necə tətbiq etməyi öyrənirlər.  Rİ-SOL "Müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi" təlim vəsaitlərinin istiqamətləri bunlardır: Fikir yürütmə - şagirdlərin təliminin texnologiya ilə əlaqələndirilməsi, Kompüter və idrak - Blum taksonomiyası, Birgə məlumat bülleteninin yaradılması, fənlərarası dərsin planlaşdırılması və s.

İntel "Gələcək üçün təhsil" proqramı ümumtəhsil və ali pedaqoji müəssisələri müəllimlərinin tədris prosesində İKT-dən səmərəli istifadə etmələri üçün treninq vəsaitidir. Treninq proqramı çərçivəsində hər modulda müəllimlər öz tədris layihələri üzərində işləyirlər.

"Gələcək üçün təhsil" təlim proqramının nəticəsində müəllimlər tərəfindən bu sənədləri özündə əks etdirən portfolio yaradılır:  Şagird multimedia təqdimatı, nəşr və veb-sayt; Qiymətləndirmə formaları və meyarları; Müəllimlər üçün metodik materiallar; Layihə reallaşdırma planı və s.

Adıçəkilən təlim vəsaitləri üzrə 82 min 370 müəllimə təlimlər keçirilmişdir.

Bakı, Mingəçevir şəhərləri, Lənkəran, Balakən, Zaqatala, Masallı, Lerik, Astara, Oğuz, Tovuz, Ağsu, Daşkəsən, Gədəbəy, İmişli, Zərdab, Füzuli, Kürdəmir, Qəbələ, Yevlax, Tərtər, Bərdə, Beyləqan, Ağcabədi, Göygöl, Ağstafa, Ağdaş, Qazax, Şəki, Xaçmaz, Quba, Qusar, Biləsuvar, Ucar, Cəlilabad, Goranboy, Göyçay, Şəmkir, Samux rayonları üzrə 100 müvafiq təlim mərkəzi yaradılmışdır.

Qeyd edilən təlim vəsaitləri əsasında ali və orta ixtisas təhsili müəssisələrində 1000 nəfərədək pedaqoji heyət üçün təlim kursları reallaşdırılmışdır. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov