Uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə
çıxarılması, yaradıcılıqlarının inkişaf etdirilməsi üçün
stimulların yaradılması və onlar arasında təcrübə
mübadiləsinin təşkili məqsədilə
ƏMR EDİRƏM:
1. 2013-cü ilin fevral-aprel aylarında uşaq və
yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi
keçirilsin.
2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin
tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin və rayon
(şəhər) təhsil şöbələrinin müdirləri müsabiqənin
yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlər
hazırlayıb həyata keçirsinlər.
4. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi
(A.İbrahimov) müsabiqənin yerlərdə təşkili və
keçirilməsinə əməli köməklik göstərsin.
5. Zona və respublika mərhələlərində iştirak edən
məktəblilərin və onların rəhbərlərinin ezamiyyə xərcləri
ezam edən təşkilatlar tərəfindən ödənilsin.
6. Müsabiqənin Respublika mərhələsinin keçirilməsi ilə
bağlı digər xərclərin ödənilməsi Respublika Texniki
Yaradıcılıq Mərkəzinin 2013-cü ilə təsdiq olunmuş
xərclər smetasında nəzərdə tutulmuş vəsait hesabına
müəyyən olunmuş qaydada həyata keçirilsin.
7. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin Respublika
mərhələsinin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi
məqsədilə Respublika Texniki Yaradıcılıq Mərkəzinin
2013-cü ilə təsdiq olunmuş xərclər smetasında müvafiq
vəsaitin nəzərdə tutulmasını təmin etsin.
8. Ümumi şöbə (X.Fərəcov) əmr və əsasnamənin çoxaldılıb
yerlərə göndərilməsini təmin etsin.
9. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin
"Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və
əsasnamə ilə birlikdə Təhsil Nazirliyinin İnternet
səhifəsində yerləşdirilməsini təmin etsin.
10. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova
həvalə edilsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
25 yanvar 2013-cü il |