Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi
qeyri-dövlət ali təhsil müəssisələrinin fəaliyyətinin
monitorinqinin nəticələrini dərc edib. Monitorinqdə
könüllü iştirak edən ali məktəblərin yarıdan çoxu
qeyri-effektlilik əlamətləri göstərib. Qeyd edək ki,
özəl ali təhsil müəssisələrinin böyük əksəriyyəti (376
ali məktəb və 564 filial) prosedurdan kənarda qalıb.
Yalnız 70 ali məktəb və onların 97 filialı öz
göstəricilərini nazirliyə təqdim edib.
Özəl ali məktəblər də dövlət ali məktəbləri ilə eyni
kriteriyalar üzrə qiymətləndiriliblər. Monitorinqin
yekunları xoşagəlməz olub. Qeyri-effektiv fəaliyyət
əlamətlərinin özünü büruzə verdiyi ali təhsil
müəssisələrinin siyahısına 70 ali məktəbdən 41-nin və
97 filialdan 55-nin adı düşüb. Onların arasında
Sankt-Peterburqdakı xüsusi Pedaqogika və Psixologiya
İnstitutunun, Nevsk Dil və Mədəniyyət İnstitutunun,
Rusiya Yeni Universitetinin Sankt-Peterburq filialının
da adları var.
"Uçitelskaya qazeta"dan hazırladı: Yusif ƏLİYEV |