Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Yanvar 2013 - №03

 

Daha 5 ali məktəbə əlavə sınaq keçirmək hüququ verilib

 

Rusiya hökumətinin sədri Dmitriy Medvedev 2013-cü ildə profil istiqamətində əlavə qəbul sınaqları keçirmək hüququ verilən ali məktəblərin siyahısını təsdiq edib. Siyahıya 5 ali təhsil müəssisəsi düşüb. Bunlar Oleq Kutafin adına Moskva Dövlət Hüquq Akademiyası, Moskva Dövlət Linqvistika Universiteti, Moskva Dövlət Pedaqoji Universiteti, "Ali İqtisadiyyat Məktəbi" Milli Tədqiqat Universiteti və Nikolay Dobrolyubov adına Nijeqorod Dövlət Linqvistika Universitetidir. Bu müəssisələrə qəbul zamanı əlavə  sınaq keçiriləcək hazırlıq istiqamətlərinin (ixtisaslarının) siyahısı da təsdiq olunub.

Xatırladaq ki, hər il bu hüquqdan iki digər Rusiya ali məktəbi - xüsusi statusa malik Moskva Dövlət Universiteti və Sankt-Peterburq Dövlət Universiteti də istifadə edir. 

"Uçitelskaya qazeta"dan hazırladı: Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov