Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Yanvar 2013 - №03

 

Azərbaycanlı şagirdlər Şimali Kipr xalqının lideri ilə görüşüblər

 

Lefkoşada səfərdə olan azərbaycanlı şagirdlər Şimali Kipr xalqının lideri Derviş Eroğlu ilə görüşmüşlər.

 Bu ilin may ayında ABŞ-da keçiriləcək olimpiadaya qatılacaq və Doğu Akdeniz Universitetində (DAU) hazırlıq kursunda iştirak edən azərbaycanlı şagirdlər və Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm şöbəsinin müdiri Gültəkin Hüseynovanı qəbul edən D.Eroğlu gənclərimizin Şimali Kiprdə kurslarda olmasından məmnunluğunu ifadə etmiş, onlara uğurlar diləmişdir.

 Şimali Kiprin liderinə tələbələr adından Bakının qədim abidələrinin rəsmi olan hədiyyə təqdim edilmişdir.

 Xatırladaq ki, DAU ilə imzalanmış protokola əsasən Azərbaycandan olimpiadada iştirak edəcək 45 şagird Şimali Kiprdə hazırlıq kursunda iştirak edir.

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov