"2008-2012-ci illərdə Azərbaycan Respublikasında
təhsil sisteminin informasiyalaşdırılması üzrə
Dövlət Proqramı" çərçivəsində təhsil müəssisələri
şəbəkə avadanlığı ilə təchiz edilmişdir. Təhsil
Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması
İdarəsinin rəisi Samir Məmmədovdan aldığımız məlumatda
bildirilir ki, proqram çərçivəsində Bakı, Sumqayıt,
Gəncə və Mingəçevir şəhərlərinin, habelə 60-a yaxın
rayonun təhsil müəssisələrində kompüterlərə texniki
dəstək xidməti göstərilmişdir.
Təhsil müəssisələrinin kompüter avadanlığı 32 min
lisenziyalı proqram (MS Windows, MS Word) və 15 min
kompüter lisenziyalı antivirus paketi ilə təmin
olunmuşdur.
Proqram çərçivəsində ölkəmizdə 1700 təhsil müəssisəsi
Azərbaycan Təhsil Şəbəkəsinə və İnternetə qoşulmuşdur.
ATŞ-yə qoşulmuş məktəblər "Vebsens" proqramı
vasitəsilə İnternetdə olan zərərli informasiyalardan
qorunur.
Şakir CƏFƏROV |