Pakistanın
nüfuzlu "Daily times" qəzeti və Qadın Könüllülər
Təşkilatı Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanı "Humanizm simvolu
- 2012-ci ilin adamı" elan etmişdir.
Mehriban xanım bu ada Heydər Əliyev Fondunun 2012-ci
ildə Pakistanın bütün əyalətlərində keçirdiyi humanitar
aksiyalara, o cümlədən təhsil və səhiyyə sahəsində
işlərə görə layiq görülmüşdür.
"Daily times" qəzetinin 22 yanvar tarixli nömrəsinin 2
səhifəsi bu mövzuya həsr olunmuşdur. Buradakı
məqalələrdə Mehriban xanımın humanist fəaliyyəti, o
cümlədən Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın
birinci xanımının təşəbbüsü ilə Pakistanda həyata
keçirilən layihələrə dair geniş məlumat verilmişdir.
Qeyd edilmişdir ki, 2007-ci ildə Mehriban xanım
Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın
zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində qızlar
məktəbi tikilmiş, 2012-ci ildə isə həmin məktəb əsaslı
təmir edilmiş, orada yenidənqurma işləri aparılmışdır.
Fond tərəfindən Pakistanda silsilə humanitar yardımlar
proqramı çərçivəsində "Edhi Home" kimsəsizlər evində
sığınacaq tapan uşaqlara tibbi baxış və hepatit B
virusuna qarşı peyvəndləşdirmə aparılmış, Peşavar
şəhərində "Akbar Care" Serebral Paraliç İnstitutunda,
həmçinin Xeybər Paxtunxva əyalətinin Laki Marvat
şəhərinin qadınlar və uşaqlar xəstəxanasında imkansızlar
üçün pulsuz müayinə təşkil edilmiş, İslamabad şəhərinin
"Kulsum İnternational" klinikasında açıq ürək
əməliyyatları maliyyələşdirilmiş, Həmzə Fonduna
(Peşavar) müasir qanköçürmə avadanlığı və laboratoriya
ilə təchiz edilmiş təcili tibbi yardım avtomobili və
2000 ədəd qanköçürmə paketi hədiyyə edilmiş, Xeybər Göz
Fondunun yeni binasının inşası üçün maddi yardım
göstərilmiş, Pakistanın bütün əyalətlərində Ramazan
ayında iftar süfrələri təşkil edilmiş, Qurban bayramında
Lakki Marvat bölgəsində və Pəncab əyalətində
qurbanlıqlar kəsilərək əhalinin kasıb təbəqəsinə
paylanılmışdır.
Qeyd edək ki, böyük tirajla nəşr olunan nüfuzlu "Daily
times" qəzeti Pakistanla yanaşı, eyni zamanda, Böyük
Britaniyada və Birləşmiş Ərəb Əmirliklərində də
yayımlanır.
AzərTAc |