Azərbaycan
Milli Konservatoriyası nəzdindəki Respublika İncəsənət
Gimnaziyasının şagirdlərinin iştirakı ilə "Azadın
qoçaqlığı" tamaşası nümayiş etdirildi. Qocaman jurnalist
Ələsgər Qurbanovun qələminin məhsulu olan bu nağıl-pyes
Azadın kimsəsiz qarını quldurların əlindən necə xilas
etməsindən, onun qoçaqlığından, xeyirxah əməl sahibi
olmasından bəhs edir. Uğurlu keçən bu tamaşaya istedadlı
rejissor Əlihüseyn Şahbazov gözəl quruluş verib.
Rejissor səhnə əsərinin ideyasını tam mənası ilə açıb
göstərə bilib.
Gimnaziyanın gənc teatr həvəskarlarından Qulamrza
Rəngamiz - Azad, Ayla Qafqazlı - nənə, Elton Hüseynov -
quldurbaşı, Rəvan Hüseynov, İsmayıl Əlioğlu, Mirismayıl
Kazımlı - quldurlar, Sahibə Məhərrəmli - aparıcı
rollarında çıxış etmiş, tamaşaçıların səmimi alqışlarını
qazanmışlar.
Sonda gimnaziyanın teatr şöbəsinin müdiri Hicran
Sadıqzadə müəllifi, tamaşanın səhnələşdirilməsində əməyi
olanları və bütün rolların ifaçılarını təbrik etmiş,
onlara uğurlu yaradıcılıq yolu arzulamışdır.
Onu da deyək ki, yaxın vaxtlarda gimnaziyanın gənc
həvəskarları bu tamaşanı Bakının uşaq bağçalarında da
göstərəcək, balacalara bədii zövq bəxş edəcəklər.
ƏDALƏT |