Lerik şəhərinin mərkəzində yerləşən ikimərtəbəli 110
yerlik uşaq bağçasının təmiri yaxın günlərdə başa
çatdırılacaqdır. Əvvəlki görkəmi xeyli dəyişmiş bağçada
bütün işlər xüsusi zövqlə görülür.
Binanın dam örtüyü dəyişdirilmiş, bütün otaqlar əsaslı
təmir olunmuşdur. İstilik, elektrik sistemləri, su
qovşağı təzələnmişdir. İndi burada körpələrin şən,
sağlam böyüməsi üçün hər cür şərait vardır. Hazırda
bağçada son təmir işləri görülür.
Qeyd edək ki, 1985-ci ildə tikilmiş bağçada indiyə qədər
əsaslı təmir işləri aparılmamışdır.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
|