Tədbirdə
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə
Rzaquliyeva, Təhsil Nazirliyinin nümayəndəsi Adilə
Mahmudova, Milli Məclisin deputatı Məlahət İbrahimqızı,
Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf
Zamanov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə,
məktəb direktorları, valideynlər və digər şəxslər
iştirak edirdilər. Qeyd edək ki, müsabiqə ötən ilin
dekabr ayında keçirilib. Məktəb, rayon və şəhər
mərhələlərindən ibarət olan müsabiqədə yüksək nəticələr
göstərənlər fərqləniblər. Müsabiqədə 47 nəfər qalib
seçilib ki, onlardan 10-u "Qızıl onluğ"a daxil edilib.
Tədbiri giriş sözü ilə açan Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin müdiri Nailə Rzaquliyeva qeyd etdi ki,
BŞTİ-nin fəaliyyət istiqamətindəki prioritet sahələrdən
biri də istedadlı şagirdləri üzə çıxarmaq və onların
potensialını inkişaf etdirməkdən ibarətdir. Bu
istiqamətdə bir çox tədbirlərin keçirildiyini bildirən
N.Rzaquliyeva belə tədbirlərin təşkilində əsas məqsədin
müstəqil Azərbaycanın gələcəyi və qarantı olan
şagirdləri aşkar etməklə yanaşı, onlara dəstək olmaqdan
ibarət olduğunu diqqətə çatdırdı. "İntellektə gedən yol"
müsabiqəsinin də bu istiqamətdə atılan addımlardan biri
olduğunu deyən N.Rzaquliyeva daha sonra çıxışında
ümummilli lider Heydər Əliyevin uşaqlara və xüsusi
istedada malik şagirdlərə göstərdiyi diqqət və qayğıdan
söz açaraq ulu öndərin layiqli davamçısı ölkə Prezidenti
İlham Əliyevin bu istiqamətdə gördüyü işlərdən bəhs
etdi. Belə müsabiqələrin şagirdlərin həyatında xüsusi
önəm daşıdığını bildirən Nailə Rzaquliyeva qalibləri
təbrik edərək onlara gələcək həyatlarında uğurlar
arzuladı.
Tədbirdə digər çıxış edənlər müsabiqənin əhəmiyyətindən
danışaraq qalibləri təbrik etdilər.
"Qızıl onluq" kimi seçilən və müsabiqə iştirakçıları
arasında ən intellektual hesab olunan şagirdlərə BŞTİ
tərəfindən diplom, ensiklopediya və videokamera hədiyyə
edildi. Müsabiqənin yarım final mərhələsinə çıxan 37
qalibə isə diplom və ensiklopediya təqdim olundu.
Qaliblərlə xatirə şəkli çəkdirildi.
Niyazi RƏHİMOV |