Sumqayıt
Dövlət Universitetində qış imtahan sessiyası davam edir.
Birinci, ikinci və üçüncü kursların bəzi qrupları üzrə
imtahanlar elektron testlər vasitəsilə aparılır.
İmtahanların nəticələri həmin gün müəyyən edilmiş vaxtda
elan olunur. Nəticələrdən narazı qalmış tələbələrin
müraciətlərinə baxılması üçün universitetdə Münaqişə
Komissiyası fəaliyyət göstərir.
İmtahanların gedişinə nəzarət, təhsilin keyfiyyətinin
artırılması və neqativ halların aradan qaldırılması üçün
Təhsil Nazirliyinin və universitetin "Qaynar xətt"
xidmətləri fəaliyyət göstərir. "Qaynar xətt" xidmətinə
daxil olan müraciət və şikayətlər operativ və obyektiv
şəkildə araşdırılır.
Universitetin bakalavriat və magistratura pillələrindəki
bütün qruplarda təhsil kredit sistemi ilə aparıldığından
imtahan sessiyası bu sistemin mövcud normativ sənədləri
əsasında keçirilir.
Universitetin tədris hissəsindən verilən məlumata görə,
imtahanlar valideynlər və ictimaiyyət nümayəndələri üçün
də açıqdır.
SDU-nun Mətbuat xidməti |