Bu günlərdə Hacıqabul rayonu Kolanı kənd tam orta
məktəbində görkəmli sərkərdə və şair Şah İsmayıl
Xətainin anadan olmasının 525-ci ildönümü münasibəti ilə
tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktor əvəzi
Arifə Əliyeva görkəmli sərkərdənin xalqımızın
tarixindəki yeri və xidmətləri barədə danışaraq, ilk
dəfə onun yaratdığı Səfəvilər dövlətində Azərbaycan
dilinin rəsmi dövlət dili kimi işləndiyini diqqətə
çatdırdı.
Məktəbin tarix müəllimi Zaur İbrahimov Azərbaycan
Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl Xətainin
həyatı haqqında geniş məlumat verərək tariximizdə ikinci
dəfə vahid Azərbaycan dövləti yaratdığını söylədi.
Məktəbin dil-ədəbiyyat müəllimi Xuraman Xəlilova Şah
İsmayıl Xətainin ana dilli poeziyamızın inkişafındakı
müstəsna xidmətlərindən danışaraq əsərləri barədə
ətraflı məlumat verdi. Sonda VIII "b", IX "b" sinif
şagirdləri şairin əsərlərindən parçalar ifa etdilər.
Maraqlı keçən tədbir böyük bəstəkar Ü.Hacıbəylinin
"Koroğlu" operasından uvertüranın səslənməsi ilə başa
çatdı.
Zaur FATEH,
Hacıqabul rayonu Kolanı kənd
tam
orta məktəbinin müəllimi |